Onlar da ABŞ-yə gedə bildi

onlar-da-abs-ye-gede-bildi
Oxunma sayı: 747

ABŞ hakimiyyəti dünya çempionatında iştirak etmək üçün Konqo futbolçularının ölkəyə girişinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, Ebola virusu epidemiyası ilə bağlı narahatlıqlara görə komandanın hazırlıq prosesi pozulmuşdu. 

ABŞ-yə yola düşməzdən əvvəl oyunçular və məşqçilər heyəti üçün 21 günlük karantin tətbiq edilmişdi. Konqolular artıq Hyustona (Texas ştatı, ABŞ) eniblər.

Konqo yığması dünya çempionatında K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya komandaları ilə çıxış edəcək.