Dünya bazarında neftin qiyməti 51 dolları keçib.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,9 faiz bahalaşaraq barelli 51,01 dollar olub.
WTI markalı neftin iyul fyuçersi isə 0,838 dollar bahalaşaraq barelli 50,11 dollar olub.
Qeyd edək ki, sonuncu dəfə neftin belə göstəricisi ötən ilin oktyabrın 12-də qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər