Övladlarına işgəncə verən ərindən polisə şikayət etdi

ovladlarina-isgence-veren-erinden-polise-sikayet-etdi
Oxunma sayı: 2337

Bakıda qadın övladlarının əri tərəfindən döyüldüyü iddiası ilə polisə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, Xəzər rayonu Binə qəsəbə sakini, 1990-cı il təvəllüdlü ana müraciətində bildirib ki, həyat yoldaşı birgə nikahlarından doğulan uşaqları mütəmadi olaraq döyür.

O bildirib ki, əri, 1981-ci il təvəllüdlü T.Rüstəmov doğma övladları olan 14 və 12 yaşlı qızlarını vuraraq xəsarətlər yetirir, onlara fiziki və mənəvi işgəncə verir.

Qadının müraciəti nəzarətə götürülüb və müvafiq araşdrmalar aparılır.

Nizam Rza