Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

partlayisda-xesaret-alanlarin-veziyyeti-aciqlandi
Oxunma sayı: 3407

Bu gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdəki partlayışda xəsarət alanların vəziyyətləri açıqlanıb. 

Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər KTM-ə hospitalizasiya olunub. 

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub. 

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.