Paşinyanın yeni təyinatı çaşqınlıq yaratdı - Yenilənib

pasinyanin-yeni-teyinati-casqinliq-yaratdi
Oxunma sayı: 10115

Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan iqtisadiyyat nazirinə yeni müavin təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə news.am hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Məlumata görə, Anna Akopyan Paşinyanın qərarı ilə nazir müavini təyin edilib.

***

Qeyd edək ki, yeni nazir müavininin ad və soyadı sosial şəbəkələrin Ermənistan seqmentində çaşqınlıq yaradıb. Belə ki, hər kəs Paşinyanın öz arvadı Anna Akopyanı vəzifəyə gətirdiyini düşünsə də, bunun sonradan ad və soyad bənzərliyi olduğu məlum olub.