Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Həmsöhbətlər regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlar zamanı Azəraycan ilə Ermənistan arasında bərqərar olunmuş sülh mövzusuna toxunulub. Hər iki tərəf regionda sabit və davamlı sülhün təmin edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Qeyd olunub ki, Baş nazir Paşinyan və Federallıq Kansleri Merts, həmçinin Ermənistan ilə Almaniya arasında ikitərəfli əməkdaşlığın ardıcıl inkişafı, eləcə də Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər