Ermənistan Baş naziri Nikol Paşinyanın metroda sərnişinlə mübahisə etməsi və Qarabağ mövzusunda səsləndirdiyi sərt fikirlər ciddi müzakirələrə səbəb olub.
“Qafqazinfo” “Hraparak”a istinadən xəbər verir ki, hadisə bu gün İrəvan metrosunda qeydə alınıb.
Belə ki, sərnişinlərdən biri Baş naziri Qarabağa nəzarəti itirməkdə və məsuliyyətsizlikdə günahlandırıb.
Paşinyan isə tənqidlərə cavab olaraq əhalinin bölgədə qalması üçün Ermənistanın milyardlarla vəsait xərclədiyini bildirib:
“Mən sənin Qarabağda yaşamağın üçün hər şeyi etdim! Biz Ermənistan vətəndaşlarının qazandığı milyardları sənin orada qalmağın üçün xərclədik. Bəs niyə qalmadın?”
Qarşılıqlı ittihamlarla davam edən mübahisə zamanı Paşinyan müzakirəni istənilən tonda davam etdirməyə hazır olduğunu nümayiş etdirib.
Qeyd edək ki, Baş nazir bir müddət əvvəl Qarabağ ermənilərinin geri qayıtması məsələsinin sülh prosesinə təhdid ola biləcəyini qeyd etmiş və “Qarabağ hərəkatı” mövzusunun artıq bağlanmalı olduğunu vurğulamışdı. Paşinyanın fikrincə, Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün tanınmasından və regionda kommunikasiyaların açılmasından keçir.
Son xəbərlər
Son Xəbərlər