Ermənistanın Müstəqillik Bəyannaməsi regionda sülhün bərqərar olmasına maneədir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.
“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq, sülh əldə edə bilməyəcəyik”, - Paşinyan qeyd edib.