Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya səfər edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Bildirilib ki, Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi görüşü üçün Sankt-Peterburqa gedəcək.