Paşinyan və Mirzoyan Rusiyaya səfər edəcək

pasinyan-ve-mirzoyan-rusiyaya-sefer-edecek
Oxunma sayı: 3285

Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan aprel ayında Rusiyaya rəsmi səfər edəcəklər.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. 

Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri aprelin ikinci yarısına planlaşdırılıb. Ararat Mirzoyan isə Rusiyaya aprelin 8-i yollanacaq.