Paşinyan xahiş etdi - İclas Rusiyada olacaq

pasinyan-xahis-etdi
Oxunma sayı: 7691

Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanın xahişi ilə dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Peterburqda keçirilməsinə baxmayaraq, iclasa Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.

“Dəvətnamələr göndərilib”, - deyə Y. Uşakov əlavə edib.