Gürcüstanda bu gün Katolikos-Patriarx II İliya ilə son vida mərasimi keçirilir.
“Qafqazinfo” “Sputnik Georgia”ya istinadla xəbər verir ki, paytaxt Tbilisi və ölkənin müxtəlif bölgələrindən gələn yüz minlərlə şəxs səhər saatlarından mərkəzi küçələrə toplanıb.
Məlumata görə, şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.
Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov da daxildir.
Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da daxil olmaqla 40-dan çox xarici nümayəndə heyəti Gürcüstana gəlsə də, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə gəlişinə icazə verilməyib.
Xatırladaq ki, mərasim Sameba kafedralında dindarların iştirakı olmadan, yalnız rəsmi şəxslər üçün keçirilir.
***
Gürcüstanın Katolikos-Patriarxı II İliya Sioni Məbədində dəfn edilib.
Dəfn mərasimindən əvvəl Sioni kilsəsində Patriarxın ruhuna dualar oxunub, xatirə mərasimi keçirilib.
Patriarx II İliya Sameba (Müqəddəs Üçlük) Kafedralından Sioni məbədinə böyük izdihamın müşayiəti, “Səni sevirik, Patriarx!” şüarları və alqışlarla yola salınıb. Sameba kilsəsindən Sioni kilsəsinə qədər olan yol boyunca əllərində Gürcüstan bayraqları tutan hərbi qulluqçulardan ibarət fəxri qarovul düzülüb.
Qeyd edək ki, II İliya martın 17-də vəfat edib. Martın 18-dən etibarən Sameba kilsəsində təşkil olunan mülki vida mərasimində minlərlə vətəndaş iştirak edib. İnsan axını 24 saat fasiləsiz davam etdiyi üçün vətəndaşlar növbədə saatlarla gözləməli olublar.
Xatırladaq ki, II İliya 1977-ci ildən Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edirdi.




Son xəbərlər
Son Xəbərlər