Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Hörst ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara xərclənən vəsaitin həcmini açıqlayıb.
“Qafqazinfo” bu barədə rəsmi şəxs ABŞ parlamentinin aşağı palatasının komitəsində keçirilən dinləmələr zamanı məlumat verib:
“Hesab edirik ki, hazırda bu rəqəm 29 milyard dollara yaxındır. Bu məbləğə hərbi qulluqçuların Yaxın Şərqə nəql edilməsi xərcləri, həmçinin avadanlıqların təmiri və yenilənməsi ilə bağlı son qiymətləndirmələr daxildir”.
Qeyd edək ki, ABŞ-nin hərbi əməliyyatları yenidən bərpa edə biləcəyi barədə məlumatlar yayılıb. “Axios” portalının üç amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə məsləhətləşmələrdən sonra növbəti addımlar barədə qərar verəcək.
Mənbələr qeyd edir ki, ABŞ Prezidenti münaqişəyə son qoyacaq bir saziş imzalamaqda maraqlı olsa da, Tehranın ciddi güzəştlərə getməməsi Vaşinqtonu döyüş əməliyyatlarını davam etdirmək barədə düşünməyə sövq edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ tərəfi İranın nizamlanma ilə bağlı təkliflərini “zibil yığını” adlandırmışdı.
Son xəbərlər
Son Xəbərlər