Pezeşkian göstəriş verdi

pezeskian-gosteris-verdi
Oxunma sayı: 820

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hücumları nəticəsində zədələnən infrastrukturun sürətlə bərpa edilməsi barədə göstəriş verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə İran Prezident Aparatı məlumat yayıb.

Bildirilib ki, Pezeşkian Tehranda Nəqliyyat Nazirliyinin rəsmiləri ilə görüş keçirib. Görüşdə ölkənin dəniz, hava və quru nəqliyyatı, sərhəd-keçid məntəqələri və gömrük infrastrukturu ilə bağlı hesabatlar təqdim olunub.

Pezeşkian zədələnmiş infrastrukturun mümkün qədər qısa müddətdə yenidən qurulmasını tapşırıb. O, bərpa işlərində ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməsini tələb edib.

İran Prezidenti həmçinin zədələnmiş nəqliyyat məntəqələrinin fəaliyyətində yaranan problemlərin aradan qaldırılması üçün alternativ marşrutların tətbiq edilməsinin vacibliyini vurğulayıb.

ABŞ-nin İranın infrastrukturuna hücumlarını “müharibə cinayətləri” adlandıran Pezeşkian bu hücumların müvafiq beynəlxalq qurumlar tərəfindən araşdırılmalı olduğunu bildirib.

O, İranın strateji mövqeyinin daha da gücləndiriləcəyini qeyd edib. Pezeşkianın sözlərinə görə, xüsusilə qonşu ölkələrlə nəqliyyat əlaqələrinin genişləndirilməsi və ölkənin dəmir yolu şəbəkəsinin tamamlanması İranın geosiyasi potensialını artıracaq.

İran Prezidenti bu istiqamətdə nəqliyyat infrastrukturunun inkişafının ölkənin gələcək strategiyasında mühüm yer tutacağını vurğulayıb.