PFL Premyer Liqada iki oyunun saatını dəyişdi

pfl-premyer-liqada-iki-oyunun-saatini-deyisdi
Oxunma sayı: 1493

“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının 14-cü turunun  oyun cədvəlində dəyişiklik edilib. 

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, “Səbail  klubunun müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən saat 18:30-da (25 noyabr) başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.

Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun “Zirə”  - “Araz Naxçıvan” (9 dekabr)  oyununun startı saat 18:00-dan 17:00-a keçirilib.