Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, fevralın 9-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 23 tüfəng aşkar edib.
Bundan başqa, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər