Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var

qaxda-masin-dereye-asdi
Oxunma sayı: 550

Qaxda avtomobil dərəyə aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobil sərt döngədə idarəetməni itirərək 20 metr dərinlikdə olan dərəyə aşıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan bir nəfər Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mübariz Muradov