Polşa və Ukrayna sərhəd blokadasını müzakirə etdi

polsa-ve-ukrayna-serhed-blokadasini-muzakire-etdi
Oxunma sayı: 1184

Ukraynanın Baş naziri Denis Şmıqal polşalı həmkarı Donald Tusk ilə Ukrayna-Polşa sərhədinin blokadasını müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Şmıqal “X” sosial şəbəkəsində yazıb.

 Lakin o, söhbətin təfərrüatını açıqlamayıb:

“Əsas mövzu sərhəddəki vəziyyətdir. Həmçinin Rusiya və üçüncü ölkələrdən Avropa İttifaqına idxalın, xüsusilə taxılın artımını müzakirə etdik. Ukrayna və Polşa Rusiya məhsullarının Avropa bazarına çıxmasının qarşısını almaq üçün güclərini birləşdirməlidir”.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın icma və ərazi inkişafı nazirinin müavini Sergey Derkaç Polşanın infrastruktur nazirinin müavini Pavel Qanzarzla fermerlərin etiraz aksiyası keçirdikləri iki ölkənin sərhədindəki vəziyyəti müzakirə edib. Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi qeyd edib ki, ölkənin mövqeyi dəyişməz olaraq qalır və daşıyıcıların maraqlarına xələl gətirməyəcək dialoq və kompromislər əsasında problemlərin birgə həllinə əsaslanır.