“Poseydon” bu nisbəti dəyişdirəcək

poseydon-bu-nisbeti-deyisdirecek
Oxunma sayı: 231

“Poseydon” nüvə torpedalarının “Xabarovsk” sualtı qayığında yerləşdirilməsi sualtı müdafiə sahəsində qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Asia Times” nəşri məlumat yayıb.

Nəşrin məqaləsində qeyd olunur ki, “Poseydon”un “Xabarovsk” gəmisində yerləşdirilməsi həm çəkindirici amil, həm də sualtı müharibənin mühüm elementi ola bilər. Vurğulanır ki, bu nüvə torpedaları raketdən müdafiə sistemlərini aşmaq üçün hazırlanıb. Onlar sahil şəhərləri, infrastruktur və aviadaşıyıcı qruplar üçün ciddi təhlükə yaratmaq gücünə malikdir.

Bundan əvvəl “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin prezidenti Mixail Kovalçuk bildirmişdi ki, “Burevestnik” nüvə mühərrikli qanadlı raketinin və “Poseydon” sualtı pilotsuz aparatının yaradılması yerli alimlərin hələ 1940-cı illərin sonlarında başladıqları fundamental tədqiqatların nəticəsidir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-də Donald Trampın “Burevestnik” və “Poseydon” sınaqlarından dolayı çaşqınlıq içində olduğu barədə məlumatlar yayılmışdı.