Çexiyanın paytaxtı Praqanın mərkəzində, Jan Palaç meydanında yerləşən universitetdə atışma baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çexiya polisinin açıqlamasında bildirilir.
Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.
***
“Echo24”ün məlumatına görə, atışma Karlov Universitetinin İncəsənət fakültəsinin nəzdində baş verib.
Hücum edən şəxs optikası olan uzun lüləli silahdan istifadə edib.
***
Çexiyanın xilasetmə xidmətləri Praqanın mərkəzində atışma nəticəsində azı 10 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.
***
Atışma qurbanlarının sayı hazırda 15 nəfəri keçib.
“Bu faciəli hadisə nəticəsində 15-dən çox insan həyatını itirib. Ən azı 24 nəfər yaralanıb”, - deyə Çexiya polisinin rəhbəri Martin Vondraşek bildirib.
Son xəbərlər
Son Xəbərlər