Prezident İlham Əliyev tanınmış həkim-alim, ictimai xadim Məmmədbağır Əliyevlə bağlı Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Məmmədbağır Əliyevin 70 yaşı tamam olur.