Taksi sürücüsü itkin düşən dayıqızı-bibiqızını evində gizlədibmiş - Yenilənib

taksi-surucusu-itkin-dusen-dayiqizi-bibiqizini-evinde-gizledibmis
Oxunma sayı: 44803

Bakının Maştağa qəsəbəsində itkin düşən dayıqızı-bibiqızı olan yeniyetmələr tapılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatlar araşdırılır.

***

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışları aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.