Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumat verilib.
Qeyd edilib ki, ilkin istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasında həmin xəstəxanada müalicə alan 1980-ci il təvəllüdlü Zaur Mustafayevin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər