Putin aylar sonra FHN-ə yeni rəhbər təyin etdi

putin-aylar-sonra-fhn-e-yeni-rehber-teyin-etdi
Oxunma sayı: 2464

Rusiya Prezidenti Vladimir Putin general-mayor Aleksandr Kurenkovu ölkənin fövqəladə hallar naziri təyin edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb.

Kurenkov buna qədər Rusiya Milli Qvardiyasının direktorunun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rusiyanın keçmiş FHN rəhbəri Yevgeni Ziniçev 2021-ci il sentyabrın 8-də Norilskdə kinorejissor Aleksandr Melniki boğulmaqdan xilas etməyə çalışarkən həlak olmuşdu. Ziniçevin ölümündən sonra Putinin sərəncamı əsasında fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Çupriyan müvəqqəti olaraq qurumun rəhbəri vəzifəsinə təyin olunub. General-polkovnik A.Çupriyan 2018-ci ildə Rusiya fövqəladə hallar nazirinin birinci müavini postunu tutub.