“Putin dünya üçün ən məqbul fiqurdur” - Tokayev

putin-dunya-ucun-en-meqbul-fiqurdur
Oxunma sayı: 542

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Berlində keçirilən mətbuat konfransında Rusiya dövlət başçısı Vladimir Putini bütün dünya üçün ən məqbul fiqur adlandırıb.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, Tokayev Putinin böyük dövlətə rəhbərlik etmək üçün bütün vacib keyfiyyətlərə malik olduğunu bildirib:

“Mən onu çox yaxşı tanıyıram. O, mürəkkəb tarixə malik böyük bir dövlətin rəhbəri üçün ən zəruri keyfiyyətlərə və ölkəsinin qarşısında duran strateji məqsədlərə dair öz dərin anlayışına sahibdir”.