Putin Lavrovun sözlərinə görə üzr istədi

putin-lavrovun-sozlerine-gore-uzr-istedi
Oxunma sayı: 11574

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin xarici işlər naziri Sergey Lavrovun mayın 1-də “İtaliyanın Rete-4” telekanalının efirində yəhudilərlə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilir ki, Bennet və Putin telefon danışığı zamanı Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər: “Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”.

Xatırladaq ki, Sergey Lavrov müsahibəsində “Ukrayna Prezidenti Volodimir Zelenski yəhudidirsə, onu necə “nasifikasiyada” ittiham etmək olar” sualına cavab olaraq deyib ki, Adolf Hitlerdə də “yəhudi qanı” var.