Putin Trampın xüsusi nümayəndəsi ilə nə danışıb?

putin-trampin-xususi-numayendesi-ile-ne-danisib
Oxunma sayı: 1275

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş qapalı formatda keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1”ə açıqlamasında deyib.

Peskov qeyd edib ki, tərəflər Ukraynadakı münaqişənin həlli, Rusiya və ABŞ liderləri arasında mümkün görüşləri müzakirə ediblər. Əlavə edib ki, bəzi məsələlərlə bağlı Moskvanın narahatlığı və mövqeyi Vaşinqtona çatdırılacaq:

“Görüş qapalı idi amma gizli deyildi, bu, Vitkofun ölkəmizə üçüncü səfəridir. O, iki dəfə Moskvaya, bu gün isə Sankt-Peterburqa gəlib”.

Peskov həmçinin bu görüşün bir gün əvvəl İstanbulda baş tutan Rusiya-ABŞ məsləhətləşmələri ilə heç bir əlaqəsinin olmadığını, lakin Vitkofun Sankt-Peterburqa səfərindən mühüm yeniliklərin yarana biləcəyini bildirib.