Qadın əməyi qadağan olunan iş yerlərinin sayı azaldıldı

qadin-emeyi-qadagan-olunan-is-yerlerinin-sayi-azaldildi
Oxunma sayı: 428

“Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan  peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib”.  

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə komitə sədri Hicran Hüseynova bildirib. 

“Əvvəllər onların sayı 674 idi. Eyni zamanda, qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir”, - komitə sədri əlavə edib. 

Nuranə Daxilqızı