Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq

qadin-millimiz-paris-olimpiadasi-ucun-bu-komandalarla-oynayacaq
Oxunma sayı: 941

Honqkonqda 3x3 basketbol üzrə "Paris 2024" Olimpiadasına vəsiqə verən ilk təsnifat oyunlarına start veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker 'dən ibarət qadın millimiz "B" qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq. Millimiz qrupda ilk oyununu 12 aprel Bakı vaxtı ilə saat 11:30 'da Çili komandasına qarşı keçirəcək.

 Qızlarımızın qrupda növbəti oyunları 13 aprel Bakı vaxtı ilə saat 11:55 'də Monqolustana, saat 13:45 'də isə Niderland seçməsinə qarşı olacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.