“Qarabağ” “Ayntraxt”la matça belə hazırlaşdı - Video

qarabag-ayntraxtla-matca-bele-hazirlasdi
Oxunma sayı: 702

“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə keçiriləcək qarşılaşma öncəsi son məşqinə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu sonuncu məşqlə hazırlıqlarını tamamlayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi bu oyuna qədər keçirdiyi son 5 matçda 2 qələbə və 1 heç-heçə əldə edib. Almaniya klubu isə turnir cədvəlində 31-ci pillədədir və Bakıdan xalla qayıtmağa çalışacaq.

Xatırladaq ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.