Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.
Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.
13 avqust
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)
İlk oyun - 0:1
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.
Son xəbərlər
Son Xəbərlər