Misli Premyer Liqasında 30-cu tur davam edir.
“Qafqazinfo” xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub.
Bu gün saat 19:30-da “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək.
Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 2-cidir. Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında “Qarabağ” qalib gəlib.
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz”;
T.Bəhramov adına Respublika stadionu.
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” – “Neftçi”.
2 may (şənbə)
“Araz-Naxçıvan” - “İmişli” - 0:1;
“Kəpəz” - “Sumqayıt” - 2:1.
3 may (bazar)
“Zirə” - “Qəbələ” - 1:0.
Son xəbərlər
Son Xəbərlər