“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində son matçını keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda “Ayaks”la üz-üzə gələcək.
Niderland təmsilçisi ilə oyun Suraxanıda yerləşən “Azərsun Arena”da baş tutacaq.
Saat 14:00-da start götürəcək görüşü macarıstanlı FİFA referisi Marton Ruş idarə edəcək. Xatırladaq ki, komandamız bunadək yarışda keçirdiyi 5 duelin hamısında məğlub olub.
Son xəbərlər
Son Xəbərlər