Qaradağda Heydər Əliyevin anım mərasimi keçirildi - Fotolar

qaradagda-heyder-eliyevin-anim-merasimi-kecirildi
Oxunma sayı: 1700

Dekabrın 12-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə gül dəstələri qoyublar.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildiriblər.

Rayonun bütün qəsəbələrində yerləşən məscidlərdə ulu öndərin ruhuna dualar oxunub.