Qaradağda Pasxa münasibətilə sovqat paylanıldı - Fotolar

qaradagda-pasxa-munasibetile-sovqat-paylanildi
Oxunma sayı: 1887

Aprelin 19-da Qaradağ rayonu ərazisində yaşayan slavyanəsilli aztəminatlı ailələr üçün Müqəddəs Pasxa bayramı münasibətilə bayram sovqatları paylanılıb.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib.

Tədbirdə Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, habelə aparatın məsul əməkdaşları iştirak ediblər.

Munis Bayramov çıxışında sakinləri Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edərək, Azərbaycan xalqının tarixən formalaşmış multikultural dəyərlərindən, dostluq və qardaşlıq ənənələrindən söz açıb. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hökm sürən sağlam ictimai-siyasi mühitin, dini və milli dözümlülüyün, müxtəlif mədəniyyətlərə göstərilən hörmət və ehtiramın bu cür tədbirlərlə daha da möhkəmləndiyini vurğulayıb.

Bildirilib ki, etnik-mədəni müxtəlifliyin və tarixi-mənəvi irsin qorunması, eyni zamanda multikultural dəyərlərin təbliği Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir. Rayon ərazisində fəaliyyət göstərən Rus İcması və Ukrayna Konqresi bu prosesdə aktiv iştirak edir və cəmiyyətin bir parçası kimi dəyərləndirilir. Bayram sovqatları hər iki təşkilatın üzvlərinə təqdim olunub.