Qaradərili uşaqla şəklə görə saxlanılan azərbaycanlılar bu gün ölkəyə qayıdır

qaraderili-usaqla-sekle-gore-saxlanilan-azerbaycanlilar-bu-gun-olkeye-qayidir
Oxunma sayı: 2827

Dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və qaradərili azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək BƏƏ-dən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı feysbukda bildirib.

“Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına zəng edərək Komitəyə, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynova və diaspor fəalı Səbinə Səfərovaya, ümumilikdə BƏƏ-dəki soydaşlarımıza göstərikləri maddi, mənəvi dəstək və hüquqi yardıma görə təşəkkürlərini ifadə ediblər”, - V. Vahidqızı yazıb.