Qatarda sərnişinlərə kitab hədiyyəsi - Fotolar

qatarda-sernisinlere-kitab-hediyyesi
Oxunma sayı: 763

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Parlaq İmzalar” nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətini təşviq edən yeni layihəyə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ADY tərəfindən qatarda səfər edən sərnişinlərə kitablar hədiyyə olunub.

“Kitab bağışlamaq inkişafı, gələcəyi hədiyyə etməkdir. ADY bu yanaşmanı hər il daha geniş miqyasda davam etdirir. Bir kitabla başlayaq, dəyəri paylaşaq”, - məlumatda deyilir.