Qax sakini 4 kiloqram narkotiklə tutuldu - Video

qax-sakini-4-kiloqram-narkotikle-tutuldu
Oxunma sayı: 335

Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Qax RPŞ-nin keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.