Qayınata gəlinini doğrayıb zibilliyə atmağından elə rahat danışdı ki... - Video

qayinata-gelinini-dograyib-zibilliye-atmagindan-ele-rahat-danisdi-ki
Oxunma sayı: 10972

Ötən il Bakıda 32 yaşlı gəlini Banı Məhərrəmovanı xüsusi amansızlıqla qətlə yetirib meyitini zibil yeşiklərinə atan İdris Məhərrəmovun ilkin istintaqa verdiyi ifadəsi yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, istintaq gedişində hadisə yerində ifadənin yoxlanılması zamanı çəkilən videogörüntülər ARB telekanalında yayımlanıb.

İ.Məhərrəmov ifadəsində dəhşətli qətlin təfərrüatını danışıb. O gəlinini necə doğradığını maneken üzərində detallı formada göstərərək izah edib. Bildirib ki, cəsəd sellofan torbalara yerləşmədiyindən onu daha çox hissəyə parçalayıb. Qayınata deyib ki, öləndən sonra gəlininin üz dərisini də soyub.

İdris Məhərrəmovun ifadəsinin videosunu təqdim edirik: