Qazaxıstan daşqınlarla mübarizə aparır - Video

qazaxistan-dasqinlarla-mubarize-aparir
Oxunma sayı: 1612

Xəbər verdiyimiz kimi, Qazaxıstan temperaturun artması səbəbindən qarın əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır.

“Qafqazinfo”nun Qazaxıstan mediasına istinadən məlumatına görə, hazırda Ural çayında suyun səviyyəsi 7 metrə çatıb.

Bununla belə, çayda suyun səviyyəsinin 9 metrə çatacağı gözlənilir. 

Ölkə rəsmilərinin məlumatına görə, su altında qalan ərazilərdən 72 284 nəfər təxliyə edilib. 14 430 sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. 

Sel və daşqın səbəbindən 10 regionda fövqəladə vəziyyət rejimi elan edilib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu təbii fəlakəti miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakəti adlandırıb.