Qazaxıstanda keçmiş iqtisadiyyat naziri həbs edilib

qazaxistanda-kecmis-iqtisadiyyat-naziri-hebs-edilib
Oxunma sayı: 3085

Astana məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həbsinə qərar verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli şəxs Kuandıq Bişimbayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə icazə verib”, – məhkəmə qeyd edib.

Keçmiş yüksək vəzifəli məmurun konkret nədə ittiham olunduğu açıqlanmır.

Bundan əvvəl yerli media Bişimbayevin Astanada restoranda ölümlə nəticələnən insident səbəbindən saxlanıldığını yazmışdı.

Qeyd edək ki, Kuandıq Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri olub. 2018-ci ildə rüşvət və əmlak oğurluğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib. İl yarım sonra Çimkent məhkəməsinin qərarı ilə Bişimbayev şərti azadlığa buraxılıb.