Qazaxıstanda matəm elan olundu

qazaxistanda-matem-elan-olundu
Oxunma sayı: 5540

Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-də respublikanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsindən sonra başlayan kütləvi etiraz aksiyaları davam edir.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, küçə iğtişaşları zamanı onlarla ölən, yüzlərlə xəsarət alan var. 4,2 mindən çox insan saxlanılıb, onların arasında xarici vətəndaşlar da var.