“Qərb Ukraynada etdiklərini Serbiyada təkrarlayır” - Zaxarova

qerb-ukraynada-etdiklerini-serbiyada-tekrarlayir
Oxunma sayı: 2107

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya etdiyi kimi Serbiyaya da ultimatum verdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, “Russia Today” (RT) televiziyasına açıqlama verən Zaxarova Belqraddakı etiraz aksiyalarına münasibət bildirib.

Qərbin Ukraynaya qarşı qoyduğu kimi Serbiyaya da şərt, seçim etmək öhdəliyi qoyduğunu qeyd edən Zaxarova bildirib ki, Qərb serb xalqının milli maraqlarına uyğun inkişaf yollarının harmonik birləşməsini təklif etmir. Əksinə, Qərb rəsmi Belqradı Rusiya və öz arasında təzyiq altına salır. Bununla belə, Qərbin variantlar təklif edərkən təzyiqləri artırdığını və “Kimin yanında olursan ol, Rusiyanın yanında olma” həddinə çatdığını söyləyən Zaxarova, bunun bir ultimatum olduğunu vurğulayıb.