Qəza zamanı maşında sıxılıb qalan şəxs xilas edildi - Video

qeza-zamani-masinda-sixilib-qalan-sexs-xilas-edildi
Oxunma sayı: 1124

Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar “112” qaynar telefon xəttinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mazda” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.