Qonşusunu öldürdü, 1 gün sonra evi yandırdı

qonsusunu-oldurdu-1-gun-sonra-evi-yandirdi
Oxunma sayı: 1504

Astara rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 8-i saat 09 radələrində Şiyəkəran kəndində qeydə alınıb.

Kənd sakini Sadiq Əliyevin evi tam yanıb və onun qonşusu, 1961-ci il təvəllüdlü Cabir Əliyevin həmin evdən meyiti tapılıb.

S.Əliyev dindirmə zamanı bildirib ki, dekabrın 7-də evinin yataq otağında Cabirlə aralarında baş vermiş münaqişə zamanı onun başına odun parçası ilə zərbə endirib. Sonra isə Cabirə bıçaqla bir neçə zərbə vuraraq öldürüb. Dekabrın 8-i səhər saatlarında isə sobaya təpik vuraraq aşırıb və bu, evin yanmasına səbəb olub.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, S.Əliyev tutulub, istintaq davam etdirilir.

Murad Əhməd