Qrenlandiyaya görə DÇ-dən imtina edə bilərlər

qrenlandiyaya-gore-dc-den-imtina-ede-bilerler
Oxunma sayı: 1156

ABŞ-nin Qrenlandiyaya olan ərazi iddiaları və Avropa ölkələrinə tətbiq etdiyi yeni tariflər 2026-cı il dünya çempionatının boykot edilməsi ehtimalını gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.

Bildirilib ki, Brüsseldə Avropa İttifaqı (Aİ) rəsmiləri arasında bu yay Şimali Amerikada keçiriləcək turnirdən imtina edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur. Bu addım ABŞ-nin 1980-ci ildə Moskva Olimpiadasını boykot etməsinə bənzər bir cavab tədbiri kimi qiymətləndirilir.

Nəşr yazır ki, gərginliyin artmasına səbəb yanvarın əvvəlində ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat və Nikolas Maduronun saxlanılaraq ölkədən aparılması, həmçinin Qrenlandiya ətrafındakı mübahisələr olub. Artıq bir gecə ərzində 17 minə yaxın azarkeşin turnir biletlərini ləğv etdiyi bildirilir.

Xatırladaq ki, sayca 23-cü olan DÇ-2026 bu ilin iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək.