Qroznıda yeni rayona Putinin adı veriləcək

qroznida-yeni-rayona-putinin-adi-verilecek
Oxunma sayı: 1629

Qroznıda Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq yeni rayon yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.

Kadırovun sözlərinə görə, yeni rayon şəhərin mərkəzi hissəsində yaradılacaq. Genişmiqyaslı tikinti başa çatdıqdan sonra əraziyə Putinin adı veriləcək.

“Qroznı şəhərinin yeni rayonunun Vladimir Putinin şərəfinə adlandırılması qərarı çeçen xalqının dərin minnətdarlığının və onun adının əbədiləşdirilməsi istəyinin əlaməti kimi qəbul edilib”, - deyə respublika rəhbəri qeyd edib.