“Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov bildirib.
“Vladimirovka və Alekseyevka kəndlərində ilkin dövrdə, əsasən rus etnik məsubiyyətli şəxslər yaşayıb. Hazırda əhalisi 3437 nəfər olan Vladimirovka kəndində rus etnik mənsubiyyətli cəmi 7 ailə var. Əhalisi 3719 nəfər təşkil edən Alekseyeva kəndində isə rus etnik mənsubiyyətli şəxs yoxdur.
Adıçəkilən kəndlərdə müxtəlif etnik mənsubiyyətli şəxslər yaşayır. Əhalisi 2567 nəfər olan Timiryazev kəndinə ad 1965-ci ildə verilib. Kənd 1929-cu ildə yaradılan sovxozun bioloq alimi Kliment Timiryazevin şərəfinə belə adlandırılıb. Bu kənddə də hazırda rus etnik ailə yaşamır”, - komitə sədri bildirib.
Qeyd edək ki, layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər