Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə dələduzluqda ittiham olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli adlı istifadəçi sosial şəbəkə hesabında videomüraciət yayıb.
O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmmədzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 55 min dollar, dostundan isə 50 min dollar alaraq ələ keçirib və verdikləri vədlərə əməl etməyiblər: “Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum oldu. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyənin İstanbul şəhərindəki hava limanında 5 kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, ödənilməyib”.
Şikayətçi indiyədək vurulmuş zərərin 8 min dollarının qaytarıldığını əlavə edib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır: “Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.
Fotoda Elşən Mahmudbəyli

Son xəbərlər
Son Xəbərlər