Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5 il müddətinə məhkum edilmiş keçmiş diplomat Ramiz Vəliyevin cəzası azaldılıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun barəsində yekun qərarını açıqlayıb.
Qərara əsasən, R.Vəliyevə amnistiya aktı şamil edilməklə cəzası 6 ay azaldılıb.
Xatırladaq ki, sabiq diplomat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə təqsirli bilinib.
Qeyd edək ki, bu barədə ilk məlumatı Gününsəsi.info yayıb.
Son xəbərlər
Son Xəbərlər